Temperatur 3-5 dərəcə enəcək - Xəbərdarlıq

18:00 10.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Dekabrın 12-si axşam şimal-şərq, şərq rayonlarından başlayaraq 15-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən hafta.az-a verilən xəbərə görə, yağışın intensiv olacağı, dağlıq rayonlarda qar yağacağı ehtimalı var.

Şərq küləyi arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 3-5° aşağı enəcək.